İran prezidenti Putinin dəvəti ilə Moskvaya gedir.
“Yeni Gundem” Mehr News -a istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə bu həftənin cümə axşamı (dekabrın 7-də) yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyəti ilə birlikdə Moskvaya yola düşəcək.
Bir günlük səfər zamanı prezident Rəisinin əsas gündəliyinə ikitərəfli məsələlər, o cümlədən iqtisadi əlaqələr üzrə məsləhətləşmələr, habelə regional və beynəlxalq məsələlər, xüsusilə Fələstin məsələsi və Qəzzadakı mövcud hadisələrlə bağlı danışıqlar daxildir.
Mənbə: Azad İran
Aynur Camal