Kremldən verilən məlumata görə, Putin İran lideri Əli Xamneyi və İran prezidenti İbrahim Rəisiyə mesajında Kirmanda törədilən terror aktının faciəvi nəticələrinə görə başsağlığı verib.
Qəbiristanlığı ziyarət edən dinc sakinlərin öldürülməsinin ağırlığından və vəhşiliyindən sarsıldığını bildirən Putin, “Terrorun bütün forma və təzahürlərini şiddətlə qınayırıq. Bu şərlə barışmaz mübarizəyə sadiqliyimizi bir daha təsdiqləyirik” deyib.
Xatırladaq ki, Kirman vilayətində İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdadda təşkil etdiyi hücumda öldürülməsinin 4-cü ildönümündə anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib.
Süleymaninin məzarının yerləşdiyi qəbiristanlığın yaxınlığında törədilən partlayışlarda 103 nəfər ölüb, 211 nəfər yaralanıb.
İran rəsmiləri partlayışların terror aktı olduğunu açıqlayıb.
Mənbə: TrtHaber
Aynur Camal