Putin: “İstanbulda hər şeyi razılaşdırdıq”backend

 Putin Ukraynanı günahlandıraraq “İstanbulda hər şeyi razılaşdırdıq”.

Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğalı ilə bağlı açıqlamaları zamanı İstanbulda “hər şeydə razılaşdıqlarını” iddia edib, lakin sonradan danışıqlardan imtina edilib.

Rusiya lideri Vladimir Putin Moskvada merlərlə görüşündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib. Ukraynanın Rusiya ordusuna qarşı “uğursuzluğa uğradığını” bildirən Putin, “Hücumlarının uğursuzluğu ilə yanaşı, təşəbbüs də Rusiya Silahlı Qüvvələrinin əlindədir. Belə davam edərsə, Ukrayna dövləti çox ciddi zərər çəkə bilər”  deyib.

Rusiyanın Ukraynadakı qazanclarından əl çəkməsinin mümkün olmadığını bildirən Putin, “Qərbdə və Ukraynada haqqında danışılan sülh formulu Ukrayna prezidentinin Rusiya ilə danışıqları qadağan edən fərmanının davamıdır. “Bunlar danışıqlar prosesinə mane olan şərtlərdir”.

Rusiya ilə Ukrayna arasında müharibənin ilk aylarında danışıqlar aparıldığına diqqət çəkən Putin, belə davam edib: “Onlar (Ukrayna tərəfi) danışıqlardan vaz keçdilər. Biz İstanbulda hər şeyi razılaşdırdıq. Üstəlik, Ukrayna danışıqlar qrupunun rəhbəri də bunu imzaladı. Bizdə bu sənəd var. İndi onlar İngiltərənin o vaxtkı baş naziri Borisi razı saldıqlarını elan ediblər. Onlar Rusiyadan xahiş etdilər ki, problemləri sülh yolu ilə həll etməyə və qoşunları Kiyevdən çıxarmağa hazır olduğunu bildirsin. Biz qoşunları bir gün sonra çıxardıq. Sonra bütün bu razılaşmaları atdılar. Məsələ 1,5 il əvvəl həll olunub. Bu, bir daha göstərir ki, onlar (ukraynalılar) müstəqil deyillər. Ukraynada müharibə 2022-ci ildə deyil, 2008-ci ildə NATO-nun qapılarının Ukrayna və Gürcüstanın üzünə açılması qərarının verildiyi vaxt başlayıb.

“Ukrayna neytral dövlət olduğunu bəyan etməklə müstəqilliyini əldə edib”. Putin Ukraynada “xüsusi hərbi əməliyyatı” davam etdirməklə ölkəsinin maraqlarını qoruyacaqlarını bildirib.

Ukrayna ordusunun Rusiyanın Belqorod şəhərinə hücuma keçdiyinə diqqət çəkən Putin, “Onlar nəsə bacardıqlarını göstərməyə çalışırlar və hərbi problemləri həll etmək əvəzinə barbarcasına hərəkət edirlər. Silah seçmədən mülki yaşayış məntəqələrinə hücum edirlər” deyib.

Mənbə: TGRT

Aynur Camal