Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inə Rusiya prezidenti Vladimir Putindən Rusiya istehsalı olan avtomobil hədiyyə göndərilib.
KCNA-nın məlumatına görə, Rusiya tərəfdən hədiyyəni fevralın 18-də KXDR Fəhlə Partiyasının mərkəzi komitəsinin katibi Park Çonq Çon və partiyanın Mərkəzi Komitəsinin şöbə müdirinin müavini qəbul edib.
Qeyd edildiyi kimi, KXDR liderinin bacısı bildirib ki, bu hədiyyə iki ölkə liderləri arasında yaradılmış xüsusi dostluq münasibətlərinin bariz sübutu kimi çıxış edir. O, həmçinin Rusiya tərəfinə Kim Çen Inın Putinə minnətdarlığını çatdırıb.
KXDR-in dövlət işləri üzrə sədri yoldaş Kim Çen Ina Rusiya prezidenti Vladimir Vladimiroviç Putin tərəfindən Rusiya istehsalı olan şəxsi avtomobil hədiyyə edilib”, – deyə agentlik yazır.
2023-cü ilin sentyabrında Kim Çen Inın Rusiyaya səfəri zamanı Putin ona auru göstərmişdi. Rusiya lideri bir neçə ildir ki, bu limuzindən istifadə edir, bəzən onu xarici həmkarlarına göstərir, bəziləri isə avtomobilə maraq göstərirdi.
Mənbə: mail.ru
Aynur Camal