Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı ölkəsinə dəvət edib.
Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova bildirib ki, onlar Yerevan administrasiyası ilə sakit şəraitdə məsələləri müzakirə edə bilərlər. Zaxarova bunun üçün Paşinyanın Sankt-Peterburq görüşünü gözlədiklərini açıqlayıb.
Moskva administrasiyası ümid edir ki, Paşinyan dəvətdən istifadə edib Rusiyaya səfər edəcək.
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, onlar Paşinyanın Putinin dəvətinə cavab olaraq dekabrın 25-26-da Sankt-Peterburqda olacağını güman edirlər.
Bu tarixlərdə Putin Avrasiya Ali İqtisadi Şurası və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin rəhbərlərinin ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək.
İclasda bütün məsələləri müzakirə etmək imkanının olacağını deyən Zaxarova deyib:
Ermənistan-Azərbaycan münasibətlərinin bütün aspektləri üzrə normallaşması ilə bağlı mövqeyimiz həm prezident (Putin), həm də Rusiya xarici işlər naziri (Lavrov) tərəfindən dəfələrlə və ətraflı şəkildə ifadə olunub.
Biz hər zaman Ermənistanla sakit, peşəkar və tərəfdaşlıq tərzində müzakirəyə hazırıq.Münasibətlər gərgin olaraq qalır
Son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşib. Və gərgin olaraqda qalmaqdadır. İrəvan Moskvanı Azərbaycana qarşı onları dəstəkləməməkdə ittiham edir.
Xatırladaq ki, ABŞ əsgərlərinin iştirakı ilə Ermənistan ərazisində keçirilən təlim Kremlin reaksiyasına səbəb olub.
Mənbə: TrtHaber
Aynur Camal