İsrail və HƏMAS arasında müharibə davam edərkən, ABŞ-ın Aralıq dənizinin şərqinə hərbi gəmilər göndərməsinə cavab verən Rusiya lideri Vladimir Putin, səsdən sürətli “Kinjal” raketləri ilə təchiz edilmiş MİQ-31 döyüş təyyarələrinin Qara dəniz üzərində daimi döyüş nəzarəti aparacağını açıqlayıb.
“Yeni Gundem” xəbər verir ki, rusiyalı hərbi müşahidəçilər Putinin bu qərarını ABŞ-ın İsrail böhranının kölgəsində Livan və Suriyaya müdaxiləsi ilə bağlı narahatlığına görə qəbul etdiyini bildiriblər.
Rusiya prezidenti Vladimir Putin səfərdə olduğu Pekindən bəyan edib ki, İsrail və Fələstin arasındakı böhranın daha geniş regional müharibəyə çevrilmə riski daşıdığını vurğulayıb:
“İndi verəcəyim bəyanat heç kim üçün təhdid deyil, amma tədbir görməliyik”.
“Kosmik və Hərbi Hava Qüvvələrimizin MiQ-31 döyüş təyyarələri “Kinjal” raketləri ilə təchiz edilmiş Qara dəniz üzərindəki beynəlxalq hava məkanında davamlı olaraq döyüş növbətçiliyi aparmağa başlayır. Məlum olduğu kimi, bu hipersəs raketləri səsdən 9 dəfə sürətli hərəkət etmək və 1000 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir. Daha əvvəl dediyim kimi, atdığımız bu ehtiyat tədbiri heç kimi təhdid etmək məqsədi daşımır. Lakin bu, Şərqi Aralıq dənizi regionunda baş verə biləcək mənfi hadisələrə qarşı tədbir rolunu oynayacaq” deyib.
Bildirilib ki, Rusiyanın Qara dəniz üzərində davamlı olaraq uzaqmənzilli raketlərlə təchiz olunmuş təyyarələrinin olması İsrail-Fələstin böhranı, eləcə də davam edən Ukrayna müharibəsi ilə bağlıdır. Hərbi kəşfiyyatın məlumatına görə,
Rusiya gələn ay Ukrayna ərazisinə yeni iri hücuma hazırlaşır.
Çinin paytaxtı Pekində keçirilən “Bir Kəmər, bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Rusiya prezidenti Vladimir Putin oradakı təmaslarından sonra keçirdiyi mətbuat konfransında Qəzza şəhərində Əl-Əhli Ərəb (Baptist) xəstəxanasına edilən hücumla bağlı fikirlərini deyib: “Yerdə yüzlərlə ölü və yüzlərlə yaralı var. Bu, əlbəttə ki, fəlakətdir və humanitar müəssisədə baş verib. Ümid edirəm ki, bu, münaqişənin tez bir zamanda dayandırılacaq. Bütün şəraitdə biz məsələni təmasların və danışıqların başlaya biləcəyi nöqtəyə gətirməliyik”.
Fələstin məsələsi ilə bağlı açıqlama verən Putin,
“İsrail ilə Fələstin arasında mövcud böhranın Fələstin dövlətinin qurulmasına zəmin yaradacağını bilmirəm. Bununla belə, belə bir addımın atılmasının düzgün olacağını düşünürəm. Biz bu gərginliyin artmasına baxmayaraq, hər zaman suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olmuşuq”.
-deyə vurğulayıb.
Mənbə: hurriyyət.tr
Aynur Camal