Putin Rusiyanın BMT-dən çıxarılması təklifinə bir kəlmə ilə cavab verdibackend

“Rusiyanın BMT-dən çıxması ilə bağlı təkliflər cəfəngiyyatdır”.

“Yeni Gundem” xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin deyib.

“Hesab edirəm ki, belə bir ehtiyac yoxdur. Nə üçün? Bu, insanların bir-biri ilə ünsiyyət qurduğu və işlədiyi bir platformadır. YUNESKO xətti ilə bizim kifayət qədər ciddi layihələrimiz var. Bəziləri deyir ki, BMT-dən çıxmalıyıq, amma bu cəfəngiyyatdır, çünki bu təşkilatların yaradıcısı Rusiyadır, əslində biz niyə çıxacağıq?”. – Rusiya lideri deyib.

Rusiya prezidenti Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda – Birləşmiş Mədəniyyətlər Forumunda müvafiq bəyanatla çıxış edib.

Daha əvvəl Putin bildirmişdi ki, Avropanın ABŞ-dan asılılığı ona öz maraqlarını qorumağa imkan verməyəcək. Onun sözlərinə görə, bu, Avropanın indiki faciəsidir. Siyasətçi onu da əlavə edib ki, Avropa elitaları milli kimlik hissini itirib.

Mənbə: Lenta.Ru

Aynur Camal