Rusiya prezidenti Vladimir Putin Rusiyanın Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini (CTBT) ratifikasiyasını ləğv edib.
“Yeni Gundem” xəbər verir ki, Putinin imzaladığı qərara əsasən, Rusiya CTBT-yə verdiyi təsdiqi geri götürüb.
Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 20-də verdiyi açıqlamada ABŞ-ın müqaviləni heç vaxt bəyənmədiyini və Rusiyanın müqaviləni təsdiqləməsini geri götürdüyü zaman vəziyyətin tarazlaşacağını bildirib.
Nüvə silahı sınaqlarını dayandırmaq məqsədi daşıyan CTBT müqaviləsi Rusiya tərəfindən 1996-cı ildə Nyu-Yorkda imzalanıb.
Mənbə: Anadolu Agentliyi
Aynur Camal