Rusiya prezidenti Vladimir Putin Ağ Evdə Donald Trampdan çox Co Baydenə üstünlük verəcəyini bildirib.
Televiziya müsahibəsində suala cavab verən Putin, Co Baydenin daha “proqnozlaşdırıla bilən” bir insan olduğunu müdafiə edib. Rusiya lideri ABŞ-ın hazırkı prezidenti üçün də “daha təcrübəli” ifadəsini işlədib.
2016-cı ildə prezidentlik yarışından əvvəl Putin Donald Trampı “qeyri-adi insan və istedadlı” adlandırmışdı.
ABŞ prezidenti Co Bayden Ukraynanı işğal etdikdən sonra Putin haqqında sərt ifadələr işlədib, o cümlədən “qatil”.
Çərşənbə günü axşam dərc olunan müsahibəsində Putin, Baydenin rəhbərliyinin Rusiya üçün daha yaxşı olacağını müdafiə edib.
Həmçinin O, Baydeni “təcrübəli, proqnozlaşdırıla bilən” və köhnə məktəb siyasətçisi kimi təsvir edib.
Rusiya liderinə Baydenin yaşı ilə bağlı müzakirələr də soruşulub.
Putin burada da Co Baydeni müdafiə edib və “2021-ci ildə görüşəndə qəribə heç nə görmədiyini” söyləyib. “O vaxt insanlar onun bacarıqsız olduğunu deyirdilər, amma mən bu mənada heç nə hiss etmədim.
Putin: “Bəli, görüş zamanı qeydlərinə baxırdı, amma düzünü desəm, mən də belə edirdim. “Deməli, qəribə heç nə yox idi”, – o, görüş haqqında təəssüratını təsvir edib.
Vladimir Putin əlavə edib ki, ölkəsi “Amerika xalqının etimadını qazanan” və prezidentliyə qalib gələn hər kəslə işləyə bilər.
Lakin Putinin bütün istinadları müsbət olmayıb. Rusiya lideri ABŞ prezidentinin Ukrayna müharibəsini pisləməsini “son dərəcə zərərli və səhv” adlandırıb.
Rusiya prezidenti Putin amerikalı jurnalist Taker Karlsonla Moskvada verdiyi müsahibəyə də toxunaraq, “sualların kifayət qədər kəskin olmamasından” məyus olduğunu bildirib.
Mənbə: hurriyyət.tr
Aynur Camal