Kreml Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumatları təkzib edib.
“Yeni Gundem”-in məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfərinə hazırlıq görüldüyü ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını söyləyib.
Qeyd edək ki, Türkiyə KİV-i Putinin Türkiyəyə səfərinə hazırlıq getdiyi barədə məlumat yayıb.
APA