Putin: Ukrayna ilə bağlı hədəflərimiz dəyişməyibbackend

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə bağlı hədəflərinin dəyişmədiyini bildirib və “Ukraynada hədəflərimizə çatanda sülh əldə olunacaq” deyib.

 Məqsədlərimiz dəyişmir: Ukraynanın nasistlərdən təmizlənməsi, demilitarizasiya və neytral status” əldə etmək istəyirik.

Rusiya ilə Fransa arasındakı münasibətləri dəyərləndirən Putin, “Fransa ilə kifayət qədər yaxşı münasibətlərimiz var idi. Bildiyiniz kimi, mən Fransaya getdim. Emmanuel Makron Fransa Prezidenti də öz növbəsində Rusiyaya gəlmişdi. Gündəmlərimiz ikitərəfli əlaqələr və beynəlxalq mövzularda sıx idi. Biz Fransa ilə qarşılıqlı əlaqəni davam etdirməyə hazırıq”.

“Amma Fransa prezidenti bizimlə əlaqələri kəsdi. Bu əlaqələri kəsən biz və mən deyilik. O (Makron) bu əlaqələri kəsdi”.

Rusiya təbii qazının Avropaya daşınması ilə bağlı Putin, “Avropanın kifayət qədər qaz almaması avropalıların problemidir. Onlar (avropalılar) bizi buna görə məsul tutmağa çalışıblar. Bu tamamilə cəfəngiyyatdır” deyib.

Ermənistanın daxili siyasətindəki prosesləri dəyərləndirən Putin, “Ermənistanda sadə olmayan proseslər var. Qarabağdan vaz keçən biz deyilik. Qarabağın Azərbaycanın bir parçası olduğunu tanıyan Ermənistandır. Onlar (ermənilər) Bunu öz təşəbbüsləri ilə ediblər və “Onlar belə bir qərar verməyə hazırlaşdıqlarını bizə bildirməyiblər. Ermənistanda çətin daxili proseslər gedir. Düşünmürəm ki, Ermənistanın MDB-yə üzvlüyündən imtina etməsi onun xeyrinədir.

Mənbə: İLKHA

Aynur Camal