“Çox güman ki, Ukraynadan gələn silahlar Yaxın Şərqə qara bazar vasitəsilə çatıb”.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin MDB sammitində Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Mən Ukraynada silah tədarükü olduğuna şübhə edirəm, amma Ukraynadan silah sızması olduğuna şübhə etmirəm. Ukraynada korrupsiyanın səviyyəsinin çox yüksək olduğu məlumdur. Qara bazar elə inkişaf edir ki, almaq istəyənlər çoxdur, Ukraynada isə satmaq istəyənlər çoxdur”.
Dövlət başçısının sözlərinə görə, “satıla bilən hər şey satılır”. Eyni zamanda o, belə qərarların ölkə rəhbərliyi səviyyəsində qəbul olunduğuna şübhə ilə yanaşıb. Silah bir çox yerlərdə sərbəst satılır. Üstəlik, Rusiyaya da satırlar. Afrika və Yaxın Şərq ölkələri vasitəsilə beynəlxalq bazarda isə daha çox satırlar”, – Rusiya prezidenti əlavə edib.
Ərəb-İsrail münaqişəsinin gərginləşməsindən danışan Putin qeyd edib ki, İsrail misli görünməmiş hücumla üzləşib və buna geniş miqyasda və “həm də kifayət qədər qəddar üsullarla” cavab verir.
O xatırladıb ki, Moskva böhranın sülh yolu ilə həllində vasitəçi olmağa hazırdır.
“Rusiya məhz ona görə kömək etmək gücünə malikdir ki, biz və İsrail son 15 ildə çox yaxşı münasibətlər qurmuşuq, həmçinin, Fələstinlə də ənənəvi əlaqələrimiz var, ona görə də heç kim bizdən şübhələnə bilməz” deyə bildirib.
Rusiya prezidentinin daha əvvəl də qeyd etmişdi ki, mümkün danışıqların məqsədi, paytaxtı Şərqi Qüdsdə olan, İsraillə sülh və harmoniya şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan BMT düsturunun həyata keçirilməsi olmalıdır.
“Görünməmiş qəddar hücuma məruz qalan bir dövlətin müdafiə olunmaq hüququna malik olduğunu, dinc mövcudluğunu təmin etmək hüququna malik olduğunun tərəfindəyik”.
Həmçinin prezident əlavə edib ki, tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olaraq qalır. 1947-ci ildə BMT-nin qərarı iki dövlətin – İsrail və Fələstinin yaradılmasını müəyyən etdi. Ancaq yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan edərkən, Fələstin isə ərazilərini azad etmək istəmədi.
Mənbə: mail.ru
Aynur Camal