Putin Ukraynaya verilən dəstəyin sarsılmasını gözləyirbackend

Ukraynada müharibə necə başa çatacaq? Bu ilin əvvəlində keçmiş prezident Donald Tramp yenidən seçilsəydi, “bu müharibəni bir gün, 24 saat ərzində həll edəcəyini” söyləmişdi.

Rusiya prezidenti Vladimir Putin isə bir az daha az iddialı proqnoz verib: Əgər hər şey istədiyi kimi getsə, müharibə bir həftəyə bitə bilər.

Qlobal məsələlərlə bağlı Kremlin dostu olan Valday Diskussiya Klubunun keçirilən illik toplantısındakı çıxışında Putin, Qərbin hərbi yardım və iqtisadi yardımın kranlarını kəsəcəyi təqdirdə Ukraynanın dağılacağını proqnozlaşdırıb.

“Ümumiyyətlə, Ukrayna iqtisadiyyatı xarici dəstək olmadan mövcud ola bilməz. Bunu dayandırsan, bir həftəyə hər şey bitəcək. Eyni şey müdafiə sisteminə də aiddir: Təsəvvür edin ki, sabah təchizat dayandırılacaq – sursat bitəndə sizin yalnız bir həftə ömrünüz qalacaq”.

Bu ifadələr, bəlkə də, Putinin Ukrayna ilə bağlı strategiyasının bu günə qədərki ən aydın ifadəsi idi: son günlər Ukrayna tərəfdarlarının təşvişinə səbəb olan hadisələr Putinin planının müəyyən qədər rəğbət qazana biləcəyini göstərir.

Vaşinqtonnun verdiyi məlumata görə, keçən həftə prezident Joe Biden hökumətin bağlanmasının qarşısını almaq üçün qanun layihəsini imzalayıb. Lakin Ukraynaya maliyyə ayrılması Capitol Hill-də səmərəsizliyin qurbanı olub.

İmzalanan qanun ABŞ hökumətini yalnız noyabrın 17-dək açıq saxlaya bilər, lakin bu, Ukrayna üçün əlavə maliyyələşdirməni nəzərdə tutmur.

Bayden administrasiyası Amerika ictimaiyyətinin Ukraynaya dəstəyinin güclü olduğunu vurğulayır. Lakin Ukrayna ilə bağlı qanun layihəsində maliyyə çatışmazlığı Kiyev üçün saatı tıqqıldadır və Ağ Evi həll yolları axtarmağa vadar edir.

Mənbə: CNN

Aynur Camal