Rusiya və Suriya prezidentləri Putin və Əsəd Qəzzaya təcili yardımın lehinə danışıblar.
“Yeni Gundem” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Putin və Əsəd bu sektordakı mülki şəxslərə təcili humanitar yardımın çatdırılmasının vacibliyini vurğuladılar”, – Suriya prezidentinin ofisi bildirib.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Dmitri Novikov Lenta.ru ilə söhbətində bildirib ki, İsrailin Suriya ərazisinə zərbələri Yaxın Şərqdə münaqişənin daha da genişlənməsinə səbəb ola bilər.
Novikovun sözlərinə görə, ərəb dünyasının müəyyən hissəsi İsrailin Suriya ərazisinə endirdiyi zərbələri müstəqil dövlətə qarşı təcavüz kimi qəbul edəcək.
Mənbə: Lenta.Ru
Aynur Camal