Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında danışıqlardan sonra.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi brifinqdə bildirib.
“Xeyr, nə bu barədə, nə də başqa mövzularda heç bir müqavilə imzalanmayıb. Belə planlar da yox idi”, – deyə Peskov KXDR liderinin Rusiyaya səfərindən sonra iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair hər hansı sazişin imzalanıb-imzalanmaması sualına cavab verib.
Daha əvvəl Vladimir Putin Rusiya hakimiyyətinin BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əməl etməsinə baxmayaraq, Rusiya Federasiyası ilə KXDR arasında hərbi-texniki əməkdaşlığın perspektivli olduğunu bildirib. O, Şimali Koreya ilə bağlı müəyyən məhdudiyyətlərin olduğunu və Rusiyanın onlara əməl etdiyini vurğulayıb. Prezident əlavə edib ki, hərbi-texniki əməkdaşlığın mövcud qaydaları çərçivəsində Moskvanın müəyyən imkanları var, Rusiya hökuməti onlara diqqət yetirir və xarici tərəfdaşlarla bu sənayedə qarşılıqlı fəaliyyət yollarını müzakirə edir.
Bundan əvvəl KXDR Cənubi Koreyaya nüvə zərbələrini imitasiya edən təlimlər keçirib.