Putin Venesuela lideri Maduro ilə görüşdübackend

Rusiya lideri Putinin venesuelalı həmkarı Maduro ilə telefon danışığı olub və görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Kremldən verilən açıqlamada, “Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb. Energetika, ticarət və investisiyalar, eləcə də mədəni-humanitar sahələrdə Rusiya-Venesuela əməkdaşlığının aktual məsələləri müzakirə edilib. “Rusiya Venesuela rəhbərliyinin milli iqtisadiyyatı və suverenliyi gücləndirmək səylərini dəstəkləməyə davam edəcək”, – deyə məlumatda bildirilir.

Açıqlamaya görə, liderlər təmasları davam etdirmək barədə razılığa gəliblər. Venesuela liderinin gələn il Rusiyaya səfərə dəvəti də təsdiqlənib.

Açıqlamaya görə, Maduro görüş zamanı Putinə Essequibo bölgəsindəki vəziyyətlə bağlı Qayana lideri İrfaan Əli ilə aparılan danışıqlar barədə də məlumat verib.

Mənbə: İLKHA

Aynur Camal