Putin yeni bir addım atdıbackend

Dünyanın gözü, qulağı aylardır Ukraynadan gələn xəbərlərdə… On minlərlə insanın həyatına son qoyan müharibə bütün sürətiylə davam edərkən, Rusiya prezidenti Putin bir addım atdı.

Qanun layihəsini o ada qoydu. Rusiya prezidenti Putinin 2021-ci ilin fevralında verdiyi sərəncamla başlayan qanlı müharibə Moskvanın istədiyi istiqamətdə getmir.

Heç bir tərəfin qəti qələbə qazanmadığı bir mərhələdə davam edən müharibə son zamanlar Qara dənizdə daha da şiddətlənib.

Nəhayət, Krım sahillərində Rusiyanın Qara dəniz donanmasına məxsus patrul gəmisi vurulub.

Rusiyada zəlzələ yaradan bu hadisədən sonra Putin günahkarı müəyyən edib.

“The Sun” qəzetində dərc olunan xəbərə görə, ard-arda gələn pis xəbərlərdən sonra Putin Hərbi Dəniz Qüvvələrinin rəisi Nikolay Yevmenovu vəzifəsindən azad edib.

Britaniya qəzeti “Rusiyanın bir vaxtlar qorxduğu Qara dəniz donanmasının Ukrayna pilotsuz təyyarələri və raket bombardımanı altında çökməsi ilə əlaqədar Putin Hərbi Dəniz Qüvvələrinin rəisini işdən çıxardı” başlıqlı xəbərdə bu ifadələrə yer verdi.

Rusiyanın hərbi gəmiləri son aylarda dron və raketlərin bombardmanları ilə üzləşib, bir çox gəmi təmir oluna bilməyəcək şəkildə məhv edilib”.

Rusiya donanmasının yeni komandanı admiral Aleksandr Moiseyevin təyin edildiyi bildirilib. Həmçinin qeyd olunub ki, hazırda Şimal Donanmasının komandanı olan 61 yaşlı Moiseyev yaxın vaxtlarda rəsmi olaraq hərbi dəniz qüvvələrinin baş komandanı təyin olunacaq.

Sankt-Peterburqda yerləşən özəl xəbər xidməti olan “Fontanka” Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin şərh üçün Müdafiə Nazirliyinə müraciət etdiyini, lakin sorğuya cavab vermədiyini söylədi.

2019-cu ilin may ayından Hərbi Dəniz Qüvvələrinin baş komandanı olan admiral Nikolay Yevmenovun adı hələ də müdafiə nazirliyinin saytında həmin postdadır.

Ukrayna son aylarda Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Qara dəniz və Krıma hücumlarını artırıb. Kiyev bir sıra hücumlar həyata keçirib, o cümlədən fevralın ortalarında donanmanın pilotsuz təyyarələri tərəfindən böyük desant gəmisinin batması və bu həftə patrul gəmisinin batması.

İşğal altında olan Krımın Feodosiya yaxınlığında səhər tezdən hücumda 51 milyon funt sterlinq dəyərində olan gəminin dəfələrlə vurulduğu anların görüntüləri ortaya çıxıb.

Hücum Kreml rəsmilərini Krıma Putinin qiymətli Kerç körpüsünü bağlamağa məcbur etdi.

Mənbə: hurriyyət.tr

Aynur Camal