Rusiya Prezidenti Vladimir Putinin anası olduğunu iddia edən Vera Putina 97 yaşında vəfat edib. Bakupost.az xəbər verir ki, o, mayın 30-da Gürcüstanın Metexi qəsəbəsində dəfn edilib. Gürcüstanın Metexi qəsəbəsində yaşayarkən ögey atası tərəfindən təzyiq və cinsi istismara məruz qaldığı bildirilən Vera Putina hələ 10 yaşında ikən babası ilə birlikdə Rusiyaya göndərilib.
Rusiyanın Oçyor şəhərində babası ilə yaşayan Putina dünya mətbuatına açıqlamasında Putinin oğlu və ləqəbinin “Vova” olduğunu bildirib.
Kreml Putinanın bütün iddialarını qəti şəkildə rədd etsə də, qadın Putinə oxşayan oğlunun uşaqlıq fotolarını göstərməklə diqqət çəkib.
Metexidə tapılan qeyri-rəsmi qeydlərdə deyilir ki, Vladimir Putin 1959-1960-cı illərdə Metexi məktəbində oxuyub və rus deyil, gürcü doğulub.
Qeyd edək ki, Vera Putinanın evli kişi ilə münasibəti zamanı hamilə qalması və Putini dünyaya gətirməsi dünya mətbuatında geniş əks-səda doğurub.