Amerikalı aktrisa Şeron Stoun “GQ” jurnalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinə olan münasibəti barədə danışıb və onun amerikalı həmkarı Donald Trampı tənqid edib.
“Yeni Gündem”in “RİA Novosti”yə istinadən məlumatına görə, aktrisa Putin və Trampın bir-birindən çox fərqləndiyini bildirib.
“Mən hesab edirəm ki, Putin öz ölkəsinin güclü lideridir”, – Stoun qeyd edib. Onun sözlərinə görə, Rusiya Prezidenti ölkəni idarə edərək onun ən vacib maraqlarına xidmət edir. Tramp isə, onun fikrincə, öz postuna hörmət etməyən lovğadır.