Putinin atəşkəs qərarıbackend

Putin qərarlı görünsə də, arxa planda atəşkəs mesajları verir!

ABŞ mətbuatından New York Times (NYT) yazıb ki, Rusiya prezidenti Vladimir Putin indi atəşkəs istəyir və hətta münaqişələri dayandırmaq üçün mesajlar göndərib.

ABŞ mediasından New York Times (NYT) yazıb ki, Ukraynaya Rusiya prezidenti Vladimir Putinin əmri ilə başlayan işğal cəhdi iki ilə yaxındır şiddətli toqquşmalarla davam edərkən, arxa planda atəşkəs təklifləri irəli sürülüb. Xəbərdə Rusiya lideri Putinin Ukraynadakı hədəfləri istiqamətində qətiyyətli imic yaratmağa çalışsa da, cəbhə xəttində qarşıdurmaları dayandıracaq mesajlar göndərdiyinə dair məlumatlar yer alıb.

Putinin atəşkəs mesajı verdiyi iddia edilərkən, Kremlə yaxın iki Rusiya rəsmisi ilə Rusiya liderinin səfirlərindən mesaj alan Amerika və beynəlxalq səlahiyyətlilərə əsaslanan xəbərdə Rusiyanın atəşkəs üçün nəbzini sınadığı da ifadə edilib. Müqavilə ilk dəfə 2022-ci ilin payızında imzalanıb.

Mənbələr Putinin o dövrdə Rusiyanın zəbt etdiyi torpaqlardan razı qaldığını və bu mesajın Vaşinqtona çatdırıldığını bildirib. Qəzet iddia edib ki, Kreml administrasiyası ictimaiyyətə müharibəni davam etdirmək mesajını versə də, Ukraynada qələbə elan edərək müharibəni bitirmək istəyir.

Ötən ilin payızında Rusiya rəsmiləri ilə görüşən beynəlxalq rəsmi NYT-yə verdiyi açıqlamada “Görüşlərdə atəşkəs danışıqlarına hazır olduqlarını deyirlər. Döyüş bölgəsində olduqları yerdə qalmaq istəyirlər” deyib.

Xəbərdə qeyd edilib ki, əvvəllər işğal olunmuş bütün torpaqları geri alacağını vəd edən Ukrayna administrasiyasının belə bir razılaşmanı qəbul edib-etməyəcəyi bəlli deyil. Keçmiş Rusiya rəsmisi atəşkəs tələbinin ordunun cəbhədə irəliləyiş əldə edə bilməməsindən qaynaqlandığını və meydanda yenidən irəliləyiş əldə olunarsa Putinin atəşkəsdən vaz keçə biləcəyini bildirib.

Keçmiş yüksək rütbəli rusiyalı məmur mövzu ilə bağlı NYT-yə verdiyi açıqlamada, “O, həqiqətən də indiki vəzifələrində qalmaq istəyir. Ancaq bir metr belə geri çəkilmək istəmir” deyib.

Məsələ ilə bağlı New York Times-a çatan Kremlin sözçüsü Dmitri Peskov səsli mesajında ​​”Təqdim etdiyiniz tezislər konseptual olaraq doğru deyil” deyən Putinin son çıxışına işarə edərək, Rusiyanın müharibə məqsədlərinin dəyişmədiyini qeyd edib. “Putin həqiqətən danışıqlara hazırdır. O, bunu dedi. Rusiya xüsusilə öz məqsədlərinə çatmaq üçün hazır olmağa davam edəcək”, – Peskov bildirib.

Qəzetə danışan ABŞ rəsmiləri Putinin mövqeyinin son vaxtlar dəyişdiyini və Rusiya liderinin artıq Zelenski hökumətində dəyişiklik tələb etmədiyini vurğulayıblar.

ABŞ rəsmiləri iddia edirdilər ki, Putin atəşkəs razılaşması ilə Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiyanın nəzarətində qalmasını təmin etməyə çalışır.

Mənbə: TGRT

Aynur Camal