Qabriel Attal Fransanın yeni baş naziri oldubackend

2022-ci ilin may ayından Fransada işləyən 62 yaşlı Fransanın baş naziri Elizabet Borne dünən istefa verdikdən sonra Fransa mətbuatı ölkənin yeni baş nazirinin Qabriel Attal olduğunu açıqlayıb.

Hələlik Fransa hökumətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Makronun yaxın müttəfiqi kimi tanınan Qabriel Attal Covid-19 epidemiyası zamanı hökumət sözçüsü vəzifəsində çalışıb.

Makron və Bornenin rəhbərlik etdiyi hökumət Makronun 2022-ci ildə yenidən seçilməsindən qısa müddət sonra parlamentdəki mütləq çoxluğunu itirib və qanunları qəbul etməkdə çətinlik çəkib. Keçən ilin dekabrında Makron yeni siyasi təşəbbüs vəd etdikdən sonra hökumət dəyişikliyi ilə bağlı şayiələr artıb.

Mənbə: TGRT

Aynur Camal