Qaçqın düşərgəsinə bomba yağdırıldıbackend

İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzi bölgələrindəki Nusayrat Qaçqınlar Düşərgəsinə havadan zərbələr endirilib.Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələrinin Nusayrat Qaçqınlar Düşərgəsində bir evi hədəfə alması 17 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olub.

“Yeni Gundem” xəbər verir ki, ölənlər arasında uşaqların və qadınların olduğu bildirilib.

Şihab xəbər agentliyinin Qəzzadan verdiyi xəbərə görə, İsrail təyyarələri Cibalya bölgəsindəki Hademat klubu yaxınlığındakı 5 ailənin evini bombalayıb.

Xan Yunus qaçqın düşərgəsinin şərqindəki Beni Sehila qəsəbəsindəki əkinçilik sahələri də İsrail döyüş təyyarələri tərəfindən hədəfə alınıb. Digər tərəfdən, İsrailin Qəzzanın cənub-şərqindəki Zeytun bölgəsinə hücumlarının davam etdiyi bir vaxtda bölgədə şiddətli qarşıdurmaların olduğu qeyd edilib.

Mənbə: TrtHaber

Aynur Camal