“Qaçqınkom” gecikmədən məcburi köçkünlərlə bərabər…”backend

“Qərbi Azərbaycandan didərgin düşmüş 250 min nəfər həmyerlilərimiz könüllü şəkildə mütləq Qarabağda məskunlaşmalıdır”.

“Yeni Gündəm” xəbər verir ki, bu təkliflə tanınmış vəkil Ceyhun Yusifov çıxış edib. O bildirib ki, tarixdən dərs götürməsək, 10 il sonra “murdarların” yeni iddiaları ilə rastlaşacağıq: “O zamankı hakimiyyət 1988-1990-cı illərdə biz Qərbi Azərbaycan qaçqınlarını Qarabağda məskunlaşdırsaydı, nə 1 milyon məcburi köçkünümüz olardı, nə də 20% torpağımız işgal edilərdi.

Yenə də gec deyil. “Qaçqınkom” gecikmədən məcburi köçkünlərlə bərabər Qərbi Azərbaycandan olan qaçqınların da Qarabağ ərazisində məskunlaşmasını həyata keçirməlidi. Bu, hüquqi baxımdan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının normativlərinə tam uygundur”.