Qadın qətlləri davam edirbackend

İran mediasının xəbərinə görə, bir aydan az bir müddətdə İranda 9 qadın və qızın ər və ya qardaşı tərəfindən öldürülməsi faktı qeydə alınıb.

“Yeni Gundem” xəbər verir ki, “Etemad” qəzeti İranda qadın qətllərinə toxunaraq bildirib ki, təkcə son bir ayda İranın Babol, Ənzəli, Zabol və Şiraz şəhərlərində qətl hadisələri törədilib.

Bir sıra insan haqları təşkilatlarının statistik göstəricilərinə əsasən, bu ilin son 6 ayında İranda ən azı 52 qadın öldürülüb. Bu qadınlardan 28-i əri tərəfindən, dördü nişanlısı, üçü keçmiş əri, səkkizi atası, altısı isə qardaşları tərəfindən qətlə yetirilib.

Mənbə: Azad İran

Aynur Camal