Qadın sevgilisinin qapısını partlatdıbackend

İngiltərədə qisas almaq istəyən qadın keçmiş sevgilisinin qapısını partladıb.

Keçmiş sevgilisinin evinin qapısına butan qazı ilə doldurulmuş şüşə qoyub partlamağa səbəb olan qadın 6 il müddətinə azadlıqdan məhrum edilib.

39 yaşlı Loren Mari Talbot keçmiş sevgilisindən qisas almaq istəyib.

Bu səbəbdən Talbot ötən ilin iyun ayında həmin şəxsin evinə gedərək butan qazı ilə doldurulmuş şüşəni yandıraraq qapısının ağzına qoyub. Qısa müddətdə qapının partlaması fəlakətə səbəb olub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Gənc qadının 2022-ci ildə öz mənzilini yandıraraq silsilə yanğınlara başladığı öyrənilib.

Polis cümə günü açıqlama verərək çoxlu insanın həyatını təhlükəyə atan qadının yanvarın 16-da mühakimə olunduğunu və hər iki cinayətə görə 6 il həbs cəzasına məhkum edildiyini açıqlayıb.

“O, hər iki cinayətə görə kimisə öldürə bilərdi.”

Talbotun şəxsi mənzilində başlatdığı yanğınları söndürməyə gələn yanğınsöndürmə briqadası qadının evin divarına “Bu mənzil cəhənnəmdə yansın” yazdığını görüb.

“Lauren Talbotun cinayəti son dərəcə təhlükəli idi” polis rəisi deyib. “O, hər iki cinayətə görə kimisə öldürə bilərdi və heç kimin xəsarət almaması tam şans idi.” O, Talbotun keçmiş sevgilisinin də istintaqa kömək etdiyini bildirib. Polis keçmiş sevgilisinə köməyə görə təşəkkür edib.

Mənbə: EnSonHaber

Aynur Camal