ABŞ-ın Lake Tahoe şəhərindəki xizək kurortunda bütün günü snoubordda məşq etdikdən sonra dostları tərəfindən itkin düşdüyü bildirilən qadın, havanın temperaturu aşağı düşən şaxtalı bir gecədə kanat vaqonunda sıxılmış vəziyyətdə tapılıb.
Monika Laso deyib ki, o, yorğun olduğu üçün Heavenly Ski Resort-da dağdan aşağı snoubordla deyil kanatla enməyi seçib.
Buna görə də Laso saat 17:00-da qondolaya minib, lakin qondola bir neçə dəqiqədən sonra dayanıb və səmada asılı vəziyyətdə qalıb. O, kömək üçün qışqırıb, lakin onun qışqırıqlarını heç kim eşitməyib.
“Səsim boğulana qədər çarəsizcə qışqırdım” deyən Laso, cib telefonu olmadığı üçün kömək çağıra bilməyəcəyini bildirib.
Qadın 15 saat soyuqla mübarizə aparmaq üçün əllərini və ayaqlarını bir-birinə sürtüb. Milli Meteoroloji Xidmətin məlumatına görə, gecənin aşağı temperaturu -5 dərəcə Selsi olub.
Lasonun dostları ona çata bilməyəndə, onun itkin düşdüyünü El Dorado Dairəsinin Şerif Ofisinə bildirib, lakin komandalar ertəsi gün qondol dağdan enənə qədər Lasonun bütün gecə orada olduğunu başa düşməyiblər.
South Lake Tahoe Yanğın Departamentinin batalyon rəisi və sözçüsü Kim Corc Associated Press-ə bildirib ki, Laso qondolada tapıldıqdan sonra tibb işçiləri cümə günü səhər saat 8:30-da obyektə gəliblər.
Corc bildirib ki, Laso şüurlu və ayıq olsa da, xəstəxanaya aparılmaqdan imtina edib.
Batalyon rəisi yanğınsöndürmə idarəsində işlədiyi 23 il ərzində “əvvəllər heç vaxt belə bir hadisəyə reaksiya vermədiyini” deyib.
Heavenly Mountain Resort-un verdiyi açıqlamada qadının necə qapalı qaldığını “son dərəcə ciddi” araşdırdıqları bildirilib.
Mənbə: TrtHaber
Aynur Camal