Yanvarın 27-də ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri G. Həsənova və T. Bayramovanın əl çantalarını zor tətbiq etməklə açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinlər Emin Həmzəyev, 27 yaşlı Amil Mustafayev və əvvəllər məhkum olunmuşlar 30 yaşlı Ruslan Qasımov, 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar.
İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadislərini etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.