“Qanun layihəsində ali təhsilin məqsədilə bağlı hissə yoxdur” – Ədalət Muradovbackend

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin ictimai dinləməsi keçirilir.

“Yeni Gundem” xəbər verir ki, ictimai dinləmədə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edib.

UNEC-in rektoru bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı əvvəl səsləndirdiyi təkliflər nəzərə alınmayıb:

“Ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsindən kənarda qalıb. İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Çünki bu, əsas məsələdir.Qanun layihəsində ali təhsilin məqsədilə bağlı hissə yoxdur. Bilirik ki, Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılır. Elm və təhsilin vəhdət təşkil etməsi ilə bağlı dəyişiklik qanun layihəsində öz əksini tapmayıb. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi aidiyyəti dövlət qurumu ifadəsi ali məsələdə çox təhlükəlidir. Ali təhsillə bağlı məsələlərə qanunvericilik formasında aydınlıq gətirilməlidir. Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil. Çünki hər məmurun baxışı fərqlidir”,-deyə o qeyd edib.

Fərahim Rəhimov