“Yeni Gundem” xəbər verir ki, Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin uçması nəticəsində qapalı qalan fəhlələrin psixi sağlamlıqlarını qorumaq üçün onlara müxtəlif oyunlar göndərilməsi planlaşdırılır.
Hindustan Times-ın məlumatına görə, səlahiyyətlilər Uttarakhand ştatında tuneldə qalan işçiləri xilasetmə işlərinin 12-ci günündə açıqlama veriblər.
Səlahiyyətlilər, sözügedən işçiləri ruhi cəhətdən sağlam saxlamaq üçün onlara şahmat və kart oyunları göndərməyi planlaşdırdıqlarını bildirdi.
Hadisə yerində olan Psixiatr Dr. Rohit Gondwal, xilasetmə işlərinin vaxt aparacağını söyləyib və əlavə edib: “İşçilərin stresdən qurtulmasına kömək etmək üçün şahmat taxtaları və oyun kartları göndərməyi planlaşdırırıq”.
Onlar tunelin çökməsindən sonra tələyə düşüblər.
Xatlrladaq ki, Hindistanda tikilməkdə olan tunelin bir hissəsi noyabrın 12-də yol işləri zamanı uçub.
Səlahiyyətlilər ən azı 40 işçinin dağıntılar altında qaldığını, işçilərə oksigen və qidanın boru vasitəsilə çatdırıldığını açıqlamışdı. Dağıntılar altında olan işçilərin bəzilərinin səhhətində problemlər yarandığı bildirilib. Qazma maşınlarının zədələnməsi ilə əlaqədar xilasetmə işləri 7-ci gün dayandırılıb, noyabrın 21-də qapalı qalan işçilərlə əlaqə yaradılıb.
Mənbə: TrtHaber
Aynur Camal