Qar uçqunu faciəsi baş veribbackend

Rusiyanın Kamçatka yarımadasında xizək komandasının yerləşdiyi ərazidə qar uçqunu nəticəsində iki nəfər həyatını itirib. Təxliyə edilən 9 nəfərin sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Rusiyanın Kamçatka yarımadasının dağlıq bölgəsində həftəsonu qar uçqunu baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada 11 nəfərlik xizək qrupundan 2-nin qaça bilmədiyi bildirilib. Uçqun altında qalan 44 yaşlı qadının cansız cəsədi qrup üzvləri tərəfindən aşkar edilib.

Açıqlamada itkin düşən 19 yaşlı gəncin tapılması üçün başladılan axtarış-xilasetmə işlərində 40 nəfərin iştirak etdiyi, güclü külək və qar yağması səbəbindən işlərin çətin şəraitdə aparıldığı bildirilib. Açıqlamada bildirilib ki, axtarışlar nəticəsində gənc xizəkçinin cansız cəsədi bu gün səhər saatlarında tapılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopteri ilə təxliyə edilən 9 nəfərin sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal