Almaniyanın ikinci ən işlək mərkəzi olan Münhen hava limanında uçuş xaosu davam edir.
Qar yağması və soyuq hava səbəbindən hava limanında avadanlıqlar donub. Lufhansa “Maşınlar qar altındadır. Digər uçuşlar ləğv ediləcək” deyərkən, sərnişinlər Münhenin içində olduğu vəziyyətə reaksiya verib.
Münhendə yağan güclü qar səbəbindən bir çox uçuşlar təxirə salınıb.
Açıqlamada uçuş zolaqları əridikdən sonra uçuşların günorta saatlarında davam edəcəyinə ümid edildiyi bildirilib. Bununla belə, bir çox sərnişinin bu gün səyahətə çıxmağı gözləməməsi lazım olduğu vurğulanıb və aşağıdakılar bildirilib:
Güman etmək olar ki, əksər uçuşların günün qalan hissəsində təhlükəsizlik səbəbi ilə ləğv edilməli olacaq. Uçuşunuzun baş tutacağına dair bildiriş almamısınızsa, evdə qalın. Münhen hava limanına reaksiya: Çətin şərtlərin öhdəsindən gələ bilmir!
Münhen hava limanı güclü qardan sonra ilk dəfə şənbə günü bağlanıb. Uçuşların dayandırılması bazar və bazar ertəsi də davam edib.
Dünən hava limanında planlaşdırılan 840 reysdən 230-u ləğv edilib. Bəzi sərnişinlər Münhenin niyə digər hava limanları kimi şaxtalı hava və qarın öhdəsindən gələ bilmədiyini soruşublar.
Hava limanından istifadə edən əsas aviaşirkətlərdən biri olan “Lufthansa” dünən “hava limanı avadanlıqlarının donması və nəqliyyat vasitələrinin qarla örtülməsi” səbəbindən “digər reyslərin ləğv ediləcəyini” açıqlayıb.
Euronews xəbər verir ki, bir sərnişin biletini yeniləmək üçün bir aviaşirkətin telefon xəttində 9 saatdan çox gözlədiyini bildirib.
Mənbə: EnSonHaber
Aynur Camal