“Qarabağ Ana Laylası Beşiyidir” adlı vebinar görüş keçirdib -FOTObackend

“Əsgərə Xatirə” layihəsi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan vebinar konfrans 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuşdu.

“Əsgərə Xatirə” layihəsinin mətbuat katibinin yaydığı məlumata görə dünən Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə  “Qarabağ Ana Laylası Beşiyidir”adlı vebinar görüş keçirilib.
Görüşü “Əsgərə Xatirə”nin layihə rəhbəri, tanınmış ictimai fəal Nuranə xanım Şixəliyeva giriş sözü ilə açaraq, vebinar tədbirin keçirilmə zəruriyyətində danışıb. Görüşə qatılan gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri Arzu NağıyevCəbi Quliyev, Vüqar İsgəndərov, Müdafiə Nazirliyinin Qadın Hərbi Qulluqçuları ilə İş Şöbəsinin rəisi Zümrüd Səmədova, Milli Qəhraman İlqar Mirzəyevin övladı, “Yaşat” Fondunun təmsilçisi Elvin Mirzəyev, “Əsgərə Xatirə” layihəsinin icrası direktoru Məltəm Şixəliyeva, QHT rəhbəri Gülşən Behbud, AQŞİA İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Mətanət Ağamirli, gənc sahibkar Ayşən Quliyeva, doktor Cəvahir Şixəliyeva, sahibkar və xeyriyyəçi Firuzə Əmirova, Türkiyədə yaşayan həmyerlimiz, tanınmış ictimai fəal Səidə Ömər, ADU-nin müəllimi Nilufər Hacıyeva, BDU- müəllimi Günel Əliyeva, sahibkar, xeyriyyəçi Əliş Hüseynov, Əməkdar artist, tanınmış müğənni Ədalət Şükürov,  Qarabağ qaziləri Üzeyir Nəcəfov və Yaşar Bağırov çixış edərək, Azərbaycan anasının əzmkarlığından, zəhmətsevərliyindən, ailəyə, övlada bağlılığından söhbət açdılar. Çıxış edənlər, övladının şəhid xəbərin eşitdikdə qürurla “Vətən başın sağ olsun” deyən  Azərbaycan qadını dünyanın ən müqəddəs qadınıdı – deyə bildirdilər.
Çıxışçılar həmçinin, bu tədbirin təşkil etdiklərinə görə “Əsgərə Xatirə” layihəsinin komandasına və Müdafiə Nazirliyinə öz təşəkkürlərini bildirərək, “Əsgərə Xatirə” layihəsinə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.