“Qarabağ erməniləri ilə bağlı əlavə qərarların qəbulu qeyri-mümkündür” – POLİTOLOQbackend

Martın 1-də Rusiya sülhməramlıların iştirakı ilə Azərbaycan tərəfi Qarabağda yaşayan erməni icması ilə görüş keçirilib. Bu ilk görüş idi. Heç bir razılığ əldə olunmadı. Sonra görüşün Bakıda keçirilməsi təklif edildi. Erməni tərəfi buna narazılığını bildirdi. Biz Qarabağda yaşayan ermənilərin Azərbaycan məkanına reinteqrasiyasını dəstəkləyirik. Biz onların hüquqlarının qorunmasını tam dəstəkləyirik.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Politoloq Elşad Həsənov bildirib.

O vurğulayıb ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycanda yaşayan digər azlıqlar kimi qorunacaq.

“Azərbaycan tolerant ölkədir. Onlarca ayrı xalqların nümayəndələri ölkəmizdə yaşayır. Onların hüquqları qorunur. Onlar haqqında əlavə qərarın qəbul edilməsi mümkün deyil. Təbii ki, Azərbaycanda yaşayan digər azlıqlar kimi onların hüquqlarıda qorunacaq. Onu da qeyd edim ki, bu gün Qarabağda yaşayan ermənilər Ermənistandakı vəziyyəti görürlər. Onlar eyni zamanda inkişaf edən Azərbaycanı, işğaldan azad olunan ərazilərdə yeni infrastrukturun bərpasını görərək qibtə edirlər. Azərbaycanda yaşayan ermənilər Azərbaycan vətəndaşı olmağı istəyirlər. Təssüf ki, Qarabağda olan revanişist qüvvələr buna imkan vermir və yaxud mane olurlar”,- deyə o qeyd edib.

Fərahim Rəhimov