“Qarabağ” III qrup əlil fotoqrafı yenidən işdən çıxardıbackend

Bir müddət öncə ölkənin futbol gündəmini “Qarabağ” klubunun fotoqrafı, 3-cü qrup əlil Elmir Kərimovu 50 manata görə işdən çıxarmasıyla bağlı xəbər “zəbt etdi”.

Nəinki idman saytları, ictimai-siyasi portallar da bu məlumatı tirajladı. Hətta məsələ mavi ekranlara da daşındı.

Ağdam klubu kəskin tənqidlərdən sonra Kərimovu yenidən işinin başına qaytardı. Bu, sanki minnətlə atılan addım təsiri bağışladı.

Sən demə, “Qarabağ” həqiqədən də, gözdən pərdə asmaq variantını seçibmiş…

Çünki Elmir Kərimov yenidən işindən azad olunub. “Sport.24.az” saytının yaydığı məlumata görə, klub 400 manat məvacib qarşılığında gənc fotoqrafdan təkcə əsas komandanın yox, əvəzedicilərin, hətta aşağı yaş qrupu üzrə kollektivlərin də oyunlarından şəkillər çəkməyi tələb edib. Təsəvvür edirsiz? 400 manata burdan ora, ordan da bura qaçmalısan.

Bununla da, “Qarabağ” pambıqla baş kəsərək, Elmiri mədəni yolla işindən kənarlaşdırıb.

Offsideplus.az