“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin etdibackend
“Qarabağ” avrokubokların pley-offuna vəsiqəni təmin edib.
 
“Yeni Gundem” xəbər verir ki, buna Avropa Liqasının qrup mərhələsinin IV turu səbəb olub.
Bakıda “Olimpiakos”u qəbul edən Qurban Qurbanovun yetirmələri qolsuz bərabərliklə kifayətlənib – 0:0. Bununla da təmsilçimiz xal hesabını 7-yə çatdırıb.
”Qarabağ” bu sülhdən sonra G qrupunun ilk “üçlüy”ündə yerini təmin edib. Azərbaycan çempionu Avropa Liqasının ya 1/8, ya pley-offu, ya da Konfrans Liqasının pley-offunda oynayacaq.
Bu, Azərbaycan futbolu tarixində ikinci avrokubok baharı olacaq. “Qarabağ” ötən mövsümdə Konfrans Liqasında pley-off oynayıb.

Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında pley-off 2023-cü ilin fevralın 16-da və 23-də keçiriləcək. Avropa Liqasının 1/8 finalı martın 9-da və 16-da oynanılacaq.