Azərbaycanın “Qarabağ” muğam qrupu Türkiyənin Ankara şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edib.
“Yenigundem” xəbər verir ki, konsert Azərbaycan muğamı və Mövlanə səmavi mərasimlərinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinin onuncu ildönümünə ithaf olunub.
Xalq artisti Mənsum İbrahimov ecazkar ifası ilə muğamsevərləri riqqətə gətirib. Xanəndəni Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər
Azertac.az