“Qarabağda kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanılıb” – İnam Kərimovbackend

“Yeni Gündəm” xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklindəki müşavirədə bildirib. O qeyd edib ki, hazırda həmin torpaqlarda əkinlərin aparılması, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq tədbirlərinin göstərilməsi məqsədilə ilkin işlərə başlanılıb:

“Bu il sizin aqrar sahədə həyata keçirdiyiniz islahatlardan bəhrələnərək nazirlik əsas diqqətini və fəaliyyətini yerlərdə fermerlərə məsləhət və informasiya xidmətinin gücləndirilməsinə, xidmətlərin daha əlçatan edilməsinə, innovativ üsulların tətbiqinə və əlbəttə, ən ümdə vəzifələrdən biri kimi işğaldan azad olunan ərazilərdə əkinlərin bərpasına yönəldəcək. Sizi əmin edirik ki, bu sahədə qarşıya qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün bütün səylərimizi göstərəcəyik”.