Qarabağda meyiti tapılan erməni hərbçilərin sayı açıqlandıbackend

Bu barədə “Yeni Gündəm” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Meyitlər ermənilərin Laçın rayonunda apardıqları axtarışlar zamanı aşkarlanıb.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 374-ə çatıb.

İtkin hərbçilərin axtarışları bu gün Hadrut və digər ərazilərdə davam etdiriləcək.