Qarabağın “Bağçada güllər” xalçasının hekayəsibackend

Azərbaycan Milli Xalça Muzeyi artıq bir müddətdir ki, “Xalça hekayələri” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Azərbaycanla yanaşı dünyanın müxtəlif ölkələrində yaşayan xalça həvəskarları tərəfindən də böyük maraqla qarşılanır. Belə ki, Azərbaycan Milli Xalça Muzeyinin çağırışına qoşulan şəxslər evlərində, kolleksiyalarında olan sevimli xalçalarının tarixçəsini, onlarla bağlı xatirələrini, hekayələrini bizimlə bölüşürlər.

“Yeni Gündəm” xəbər verir ki, bu gün 8 may Şuşanın işğalı günü ilə əlaqədar həmin hekayələrdən birini – Qarabağ niskilini el-el, ev-ev özü ilə gəzdirərək Bakıya qədər gətirən Qarabağın “Baxçada güllər” xalçası haqqında hekayəni sizlərlə paylaşırıq. Fərəh Əhmədovanın onlara nənəsindən yadigar qalan gözəl və eyni zamanda maraqlı tarixçəsi olan bu xalça barədə hekayəsi ilə aşağıdakı video-çarxı izləməklə tanış ola bilərsiniz.

https://cloud.mail.ru/stock/cAd5n1KS3d1AA7SMbxj5eMmT
Məlumat üçün qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi “Xalça hekayələri” layihəsini davam etdirir. Hər birinizə bu gözəl layihəyə qoşulmağı, öz xalça hekayələrinizi, sevimli xalçanızın tarixçəsini, onunla bağlı maraqlı xatirələrinizi bizimlə bölüşməyi təklif edirik! Layihəyə arzu edən hər kəs qoşula bilər.
Bunun üçün:
* Evinizdəki qədim, maraqlı tarixçəsi olan və sizin üçün ən dəyərli xalçanın fonunda foto və ya video (2 dəqiqədən artıq olmamaq şərtilə) çəkdirin;
* Foto ilə birlikdə yazdığınız maraqlı xalça hekayəsini və ya xalça hekayənizi danışdığınız videonu öz facebook və ya instagram səhifələrinizdə #carpetmuseum #xalchahekayeleri #ковровыеистории #carpetstories #MuseumsAndChill həştəqləri ilə hər kəsə açıq şəkildə paylaşın.
* Öz hekayənizi həmçinin [email protected] e-mail adresinə göndərin.
Sizin hekayələrinizi, ailə sirlərinizi Azərbaycan Milli Xalça Muzeyinin sehirli sandığına toplayacağıq. Sonra isə ən maraqlı hekayələri seçib muzeyin sosial şəbəkələrində paylaşacağıq. Qeyd edək ki, biz sizinlə və hekayələrinizlə bağlı maraqlı layihələr reallaşdırmağı planlaşdırırıq.