“Qarabağ”ın futbolçusu İtaliya klubunun hədəfindəbackend

Belçikalı müdafiəçi Faysal Rerras “Qarabağ”ı tərk etməyə hazırlaşır.

“Yeni Gündem” xəbər verir ki, belə bir iddia ilə İtaliya mətbuatı çıxış edib. 

Bildirilir ki, B Seriyası təmsilçisi “Benevento” klubu futbolçunu transfer etmək niyyətindədir.

Hazırda ikinci liqada liderliyini davam etdirən komanda növbəti mövsüm A Seriyasında çıxış edə bilər. Bu səbəbdən onlar heyətə yeni oyunçular qatmaq istəyirlər.

İyun ayında “Qarabağ”la müqaviləsi başa çatacaq Faysal Rerras da transfer hədəflərindən biridir.