İsrailin Qəzzaya tətbiq etdiyi tam blokadaya görə bölgə qaranlığa qərq olub. Yaranan vəziyyət gecə vaxtı kosmosdan görüntülənib. Təl-Əviv rəhbərliyi təxminən 2,5 milyon fələstinlinin yaşadığı Qəzza zolağına elektrik enerjisini kəsib.
“Yeni Gundem” xəbər verir ki, suyun kəsildiyi bölgədə də humanitar faciə yaşanır.
İsrailin energetika naziri Yisrael Katz, “Elektrik və yanacaq kəsildi. Daha əvvəl baş verənlər bundan sonra olmayacaq” deyib.
Və Qəzzadakı bu görüntülər peykdə əks olunub.
Bölgəyə tətbiq edilən “tam blokada” səbəbiylə bir həftədən artıqdır ki, elektrik enerjisi və generatorların işlədilməsi üçün yanacağın Qəzzaya daşınmasına da icazə verilmir.
BBC- bildiribnki, gecə saatlarında çəkilmiş peyk görüntüləri sentyabrla ötən həftə arasındakı kəskin fərqi ortaya çıxarıb.
Sağlamlıq mərkəzləri xidmət göstərə bilmir.
Qəzzada Səhiyyə Nazirliyi, İsrailin bombardmanı səbəbiylə indiyədək 4 xəstəxananın xidmətdən çıxdığını açıqlayıb.
Bildirilib ki, 14 sağlamlıq mərkəzi elektrik enerjisinin kəsilməsi və yanacağın tükənməsi səbəbindən xidmət göstərə bilməyib.
BMT: Bu, yüz minlərlə insana mənfi təsir göstərəcək
BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr apararkən BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) sözçüsü Yens Laerke qeyd edib ki, İsrailin Qəzzada elektrik və suyu kəsməsi elektrik stansiyasını bir neçə gün ərzində yanacaqsız qoya bilər.
Laerke, bu vəziyyətin 610 mindən çox insan üçün içməli su çatışmazlığına səbəb ola biləcəyini bildirib.
Qəzzaya humanitar dəhliz açmağa çağırırıq
Mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Jasareviç də tərəflər arasında zorakılığa son qoymağa çağırıb.
Jasareviç insanlara vacib tibbi ləvazimatların çatdırılması üçün Qəzzaya humanitar dəhliz açılmasını tələb edib.
Mənbə: EnSonHaber
Aynur Camal