Qaribaşvili Brüsselə gedibbackend

Gürcüstanın baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə Belçikaya işgüzar səfərə gedib.

“Yeni Gundem” gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin hökumət administrasiyası məlumat yayıb.

Məlumatına görə, İrakli Qaribaşvili səfəri çərçivəsində Brüsseldə həm NATO, həm də Avropa İttifaqında yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.

Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.