Qaribaşvili Stoltenberqlə görüşdübackend

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Gürcüstanın Avro-Atlantik inteqrasiya dinamikası və ikitərəfli əməkdaşlığın gərgin gündəliyini müzakirə ediblər.

Eyni məlumata görə, söhbətdə bölgədəki çətin təhlükəsizlik mühiti və Ukraynada davam edən müharibəyə də toxunulub. Alyansın baş katibi NATO-nun Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini qeyd edib.

Gürcüstanın baş naziri vurğulayıb ki, NATO-Gürcüstan əməkdaşlığı əsas prioritetlərdən biridir. NATO-nun baş katibi öz növbəsində alyansın baş nazirə güclü dəstəyini təsdiqləyib.

Görüşdə NATO-nun qarşıdan gələn Vilnüs sammiti müzakirə olunub.

Tərəflər ümidvar olduqlarını bildiriblər ki, Gürcüstanın tərəqqisi və onun istəkləri həm ölkənin siyasi dəstəyi, həm də praktiki imkanların gücləndirilməsi baxımından alyansın sonrakı qərarlarında layiqincə öz əksini tapacaq.

Tərəflər qeyd ediblər ki, Gürcüstan NATO-ya üzv olmaq istəyən ölkə kimi həmişə alyansın ən etibarlı və bacarıqlı tərəfdaşlarından biri olub və ümumi Avro-Atlantik təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verib. Həmçinin qeyd olunub ki, müttəfiqlərin köməyi və dəstəyi ilə Gürcüstan müdafiə qabiliyyətini xeyli inkişaf etdirib.

Tərəflər Qara dənizin təhlükəsizliyinin vacibliyindən və bu baxımdan Gürcüstanın rolundan danışıblar.

Fərahim Rəhimov