Qarın yağları ilə mübarizə aparan tərəvəzlərin adları sadalanıb.
Dietoloq Trista Best deyir ki, brokoli orqanizmdə iltihabla mübarizə aparan antioksidantlarla zəngindir və bu da öz növbəsində arıqlamağa kömək edir. Bunu Yeyin! Mütəxəssis piylərlə mübarizədə kömək edən digər tərəvəzlərin də adını çəkib.
Bestin fikrincə, elm adamları brokoli və ispanaq da daxil olmaqla, tünd yaşıl tərəvəzlərin müntəzəm yeyilməsinin qarın orqanlarının ətrafında yığılan viseral piylərin miqdarını azaltmağa kömək etdiyini sübut ediblər. Kök və bolqar bibəri kimi parlaq sarı və narıncı tərəvəzləri yemək də oxşar nəticələr verir.
Dietoloq, qarın yağını azaldan digər tərəvəz kahıdır, deyə davam edib. Onun sözlərinə görə, antioksidan xüsusiyyətlərə malik olan lutein, likopen və zeaksantinlə zəngindir. Çuğundur liflə zəngindir, bu da şişkinlik və həddindən artıq yeməyin qarşısını almağa kömək edir. Lif həmçinin bağırsaq mikrobiomunuzun sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər ki, bu da çəki saxlamaq və ya sağlam çəki itirmək üçün vacibdir.
Kələm orqanizmi A, K, C və B6 vitaminləri ilə yanaşı, manqan və kaliumla da təmin edir. O, həm də aşağı kalorili, lif və zülalla zəngindir ki, bu da incə fiqur uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edir”, – deyə dietoloq yekunlaşdırıb.
Həmçinin mütəxəssislərin fikrincə salatları əsasəndə souslu salatları 6 saatdan artıq saxlamaq olmaz.
Mənbə: mail.ru
Aynur Camal