ABŞ-ın şimal-şərqində 2 gündür davam edən şiddətli tufan həyata mənfi təsir edib. Men, Massaçusets, Konnektikut, Rod-Aylend, Nyu-Hempşir, Nyu Cersi və Nyu-Yorkda fırtına səbəbindən 600 mindən çox insan işıqsız qalıb. Güclü yağışlar səbəbindən küçə və prospektləri su bassa da, bir çox rayonlarda nəqliyyatın hərəkəti dayanıb.
Massaçusets ştatının Plimut qraflığında 89 yaşlı kişi ağacın avtomobilinin üzərinə aşması nəticəsində ölüb. Men ştatının Windham şəhərində damını dağıntılardan təmizləməyə çalışan şəxs ağacın aşması nəticəsində ölüb.
Nyu-Yorkun Qrin dairəsində avtomobili sel suları aparan sürücü dünyasını dəyişib.
Daşqın riskinə qarşı ayıq-sayıq olan Nyu-York meri Erik Adams şəhər sakinlərini fırtına zamanı yoldan çıxmağa və ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.
Şimali Karolina və Men arasındakı bölgədə güclü külək xəbərdarlığı edilərkən, fırtınanın təsirli olduğu şimal ştatlarında 500-dən çox uçuş ləğv edilib.
Mənbə: hurriyyət.tr
Aynur Camal