ABŞ-da hərəkət edən avtomobil “İdalia” qasırğası səbəbindən aşıb və digər avtomobilə çırpılıb.Belə ki, Cənubi Karolina ştatının Goose Creek şəhərində magistral yolda hərəkət edən avtomobil qasırğanın gücü ilə aşıb. Daha sonra avtomobil digər avtomobillə toqquşub.
“Yeni Gundem” xəbər verir ki, aş verənlər başqa bir avtomobil sürücüsünün mobil telefonunun kamerasına əks olunub.
Qasırğa səbəbindən Corciyada təxminən 107 min ev, Şimali Karolinada 33 min və Cənubi Karolinada 23 min ev işıqsız qalıb.
ABŞ prezidenti Co Bayden Cənubi Karolina ştatında fövqəladə vəziyyət elan edib. Və bu, ştata federal yardım üçün yol açıb.
Mənbə: EnSonHaber
Aynur Camal