Qasırğa nəticəsində 12 nəfər öldübackend

Madaqaskarda ayın əvvəlindən təsirli olan “Alvaro” qasırğası nəticəsində 12 nəfər həyatını itirib. Milli Risk və Fəlakət İdarəetmə Ofisinin (BNGRC) açıqladığı rəsmi rəqəmlərə görə, 8 yanvar tarixinə qasırğadan zərər çəkənlərin sayı 32 min 876-ya yüksəlib, 16 mindən çox insan evlərini tərk edərək sığınacaqlara yerləşdirilib.

Təsirini ən çox ölkənin cənub-şərqində hiss edən qasırğa nəticəsində ümumilikdə 6616 evi su basıb, 12 nəfər həyatını itirib.

Yanvarın 1-də fırtına kimi ölkəyə daxil olan Alvaro, təsirini artıraraq, yanvarın 2-dən etibarən qasırğaya çevrilib.

Hind okeanında bir ada ölkəsi olan Madaqaskarda yanvar ayında yağışlı mövsüm başlayır və aprel ayına qədər davam edir.

Keçən il ölkədə təsirli olan Cheneso qasırğası nəticəsində ən azı 30 nəfər həlak olmuşdu.

Mənbə: hurriyyət.tr

Aynur Camal