Qatar stansiyası bombardman edildibackend

Ukraynanın daxili işlər naziri İqor Klimenko Rusiyanın Xersonda dinc sakinlərin təxliyyəsi üçün hazırlanan qatar stansiyasını bombalaması nəticəsində 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını açıqlayıb.

Klymenko, “Polislərin hərəkətləri sayəsində hər kəs uğurla təhlükəsiz yerlərə aparılıb. Təəssüf ki, Kirovohrad vilayətindən bir polis əməkdaşı bombardman nəticəsində dünyasını dəyişib. İki polis əməkdaşı da qəlpə yaraları səbəbindən xəstəxanadadır”.

Rusiya Ukraynanın Xerson şəhərindəki qatar stansiyasını vurub. Ukrayna Daxili İşlər Naziri İqor Klimenko açıqlamasında hücumda 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını, hücumun qatar stansiyasının mülki vətəndaşları təxliyyə etməyə hazırlaşarkən həyata keçirildiyini bildirib.

Hücum zamanı stansiyada təxliyyə edilməyi gözləyən təxminən 140 mülki şəxsin olduğunu bildirən Klimenko, polisin mülki vətəndaşları dərhal stansiyadan təxliyyə etdiyini açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal