Qatil: “Qulağımı dişlədi, həzm edə bilmədim”backend

İstanbulun Pendik şəhərində evinin qarşısında gəzən vətəndaşı bıçaqlayaraq öldürən şəxs və onun qaçmasına kömək edən qardaşı yaxalanıb. Həmin şəxsin verdiyi açıqlamada təəccüblü səbəb ortaya çıxıb.

“Yeni Gundem” xəbər verir ki, sözügedən şəhərdə evinin qarşısında gəzən vətəndaşı bıçaqlayaraq öldürən şəxs və onun qaçmasına kömək edən qardaşı polis tərəfindən yaxalanıb. Öldürdüyü şəxsin daha əvvəl də yaşadıqları davada qulağını dişlədiyi və bunu həzm edə bilməyib qətli bu səbəbdən törətdiyi öyrənilib.

Pendikin Çamçeşme rayonunda baş verən hadisədə dərman firmasında sürücü işləyən Ömər Coşkun evinə girmək istəyərkən bıçaqla hücuma məruz qalıb.

Bir evin bağçasında aparılan axtarış zamanı hadisədə istifadə edildiyi hesab edilən tapança, qara beret və qara saplı çörək bıçağı götürülüb.

Polis təhlükəsizlik kamerası görüntülərini araşdıraraq şəxsiyyətini müəyyən etdiyi şübhəli Özkan A.-nı saxlayıb. Qardaşı Özkan A.-nın qaçmasına kömək etdiyi iddia edilən Hakan A. da polis qrupları tərəfindən yaxalanıb.

Qətl Bürosu rəisi qrupları tərəfindən aparılan araşdırmalarda, Özkan A.-nın bir müddət əvvəl Ömər Coşqunla dalaşdığı və bu döyüş zamanı Ömər Coşkunun qulağının dişləməsini həzm edə bilməyən Özkan A. qisas üçün hücum edib.

Dahha öncədəndə 12 cinayəti olan Özkan A. və 4 cinayəti olan Hakan A. ədliyyəyə sövq edilib.

Mənbə: TGRT

Aynur Camal