Qayıq batdı: 40 ölübackend

Konqo Demokratik Respublikasının Ekvator əyalətində qayığın batması nəticəsində ən azı 40 nəfər həyatını itirib, 167 nəfər isə itkin düşüb.

“Yeni Gundem” xəbər verir ki, Konqoda milli mətbuatda yer alan xəbərə görə, gecə saatlarında Ekvator əyalətinin Mbandaka qəsəbəsindəki limandan ayrılaraq Konqo çayı üzərində Bolombaya doğru hərəkət edən qayıq aşıb.

Bildirilir ki, havaya qalxdıqdan bir neçə saat sonra qayıq həddindən artıq yükləndiyi üçün irəliləməkdə çətinlik çəkib və ekipajın tarazlıq cəhdi zamanı qayıq yana əyilərək tamamilə batıb.

Təxminən 190 nəfərin xilas edildiyi qəzada axtarış-xilasetmə işləri davam edir.

Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu növ dəniz qəzaları qayıqlara texniki qulluq göstərilməməsi, onların tutumundan artıq yük və sərnişin daşıması nəticəsində baş verir.

Mənbə: TGRT

Aynur Camal